Bu gün, oktyabrın 20-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Ermənistana rəsmi səfərə gələcək.
Bu gün XİN-də Ermənistan və İran xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Səfər çərçivəsində İran Respublikasının xarici işlər nazirinin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan ilə də görüşləri olacaq.
Oktyabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Kapandakı baş konsulluğunun açılış mərasimində iştirak edəcəklər.