Mən Aİ-nin mülki müşahidəçilərdən ibarət missiyanın işini alqışlamaq istəyirəm. Bunu hökumətin iclasında ER Baş naziri bildirib.
Baş nazir xatırladıb ki, bununla bağlı müvafiq razılaşma oktyabrın 4-də Praqada keçirilmiş görüşdə əldə edilib.
“Mən məmnunluqla qeyd etməliyəm ki, Aİ tərəfdaşları çox operativ reaksiya veriblər və qərarlar qəbul ediblər. Qabaqcıl qrup artıq Ermənistandadır və işləyir. 40 müşahidəçidən ibarət əsas missiya isə bu yaxınlarda Ermənistana gələcək.
Öncədən planlaşdırılmışdı ki, 2 ay müşahidə missiya işləyəcək və bizim ekspert dairələrimizdə elə fikirlər var ki, bu missiyanın müddəti uzadılmalı və ya daimi olmalıdır. Mən buna əmin deyiləm, amma bu mövzu ictimaiyyətimiz və ekspertlərimiz sıralarında müzakirə olunur. Belə bir imkan ya da ehtiyac görürsək, istisna etmirəm ki, məsələni daha derindən araşdıracağıq”,-deyə Paşinyan vurğuladı.