Kapan icmasının rəhbər müavini Qor Tadevosyan bu gün İranın Kapan şəhərinə yeni təyin olunmuş baş konsulu Morteza Abedin Varamini qəbul edib. Bu barədə Kapan bələdiyyəsinin “Facebook” səhifəsində bildirilir.
Qor Tadevosyan Morteza Abedini İranın Kapandakı baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik edib:
“Görüş məlumat xarakterli olsa da, əsas mövzu sabah İranın Kapandakı konsulluğunun rəsmi açılışı və bu kontekstdə hazırlıq və təşkilati məsələlərin müzakirəsi olub.
Tərəflər, həmçinin konsulluğun açılışından sonra gözlənilən əlaqələrin səviyyəsinin yüksəldilməsi çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıb, ticarət-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə və digər məsələlər barədə danışıblar.
Qor Tadevosyan konsula məlumat verib ki, artıq Kapanın uşaq-gənclər yaradıcılıq mərkəzində fars dilinin tədrisinə başlanılıb. Görüşdə İranın hər hansı şəhəri ilə Kapan arasında qardaş şəhər əlaqələrinin qurulması imkanları da müzakirə olunub”, - deyə məlumatda qeyd olunub.