Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfəri nəzərdən keçirilir.
Bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentdə çıxışı zamanı bildirib.
XİN rəhbəri qeyd edib ki, Gürcüstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının işinin yenilənməsi aktiv şəkildə müzakirə olunur və yüksək səviyyəli səfərlər üzrə danışıqlar aparılır.