Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Liz Trass növbəti həftə ərzində Mühafizəkarlar Partiyasının yeni sədrinin seçiləcəyini qeyd edib.
Liz Trass keçmiş maliyyə naziri Kvasi Kvartenq ilə birgə vergi endirimləri ilə bağlı büdcə planı açıqlasa da, o daha sonra verdiyi qərarları ləğv etmişdi. Bu isə Britaniya maliyyə bazarında ciddi problemlərə yol açmışdı.
Liz Trass vəzifədə cəmi 45 gün qalıb ki, bu, Böyük Britaniya tarixində ən qısa müddətdir.