Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan vərilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər ölüb, aktiv xəstə sayı 384 nəfərdir.
Ölkədə son sutka ərzində 2 984, hazırkı dövrədək isə 7 299 324 test aparılıb.