“Müşahidə missiyasının yerləşməsi ilə bağlı Aİ qərarından iki gün sonra ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi qrupu göndərmə qərarına gəlib.
Bu qərar ER ərazisinə qarşı Azərbaycanın silahlı hücumundan sonra Avropa və xarici işlər naziri Ketrin Kolonnanın atdığı addımlarının nəticəsidir”.
Bu barədə Fransanın ER-dakı sabiq səfiri Conatan Lakot Facebook-da yazıb.
Sabiq səfir qeyd edib ki, ATƏT-in müşahidə missiyasının sərhədlərdə yerləşməsi ER təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət etmə məsələsində əlavə töhfə olacaq.