ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə ER-ya ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcək. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Səfərin məqsədi ATƏT mandatı və təcrübəsi əsasında sərhəddə yerləşən bəzi rayonlarda təhlükəsizlik vəziyyətini qiymətləndirməkdir.
Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən rayonlara baş çəkəcək və müvafiq dövlət nümayəndələri və yerli maraqlı tərəflərlə, habelə yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.