Oktyabrın 20-21-də Yerevanda Avrasiya Hökumətlərarası Şurasının növbəti sessiyası keçiriləcək və bununla bağlı Aİİ üzv dövlətlərinin hökumət başçıları Ermənistana gələcəklər.
Dar və geniş tərkibdə keçiriləcək sessiyalarda Avrasiya ərazisində inteqrasiya proseslərinin inkişafı ilə bağlı gündəlikdəki məsələlər müzakirə olunacaq.