“Qırğızıstan Tacikistanla sərhəddə vəziyyətin gərginliyini azaltmaq üçün KTMT-nin hərbi kontingentinin yerləşdirilməsini məqsədəuyğun hesab edir”.
Bu barədə Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov Bişkekdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mübahisəli ərazilərdə Düşənbə ilə konsensusa gəlmək kifayət qədər çətin olacaq, çünki hər tərəfin öz həqiqəti var.
O bildirib ki, yalnız KTMT hərbçiləri Qırğızıstan-Tacikistan sərhədində yerləşdikdən sonra, demarkasiya və delimitasiya prosesini davam etdirmək mümkün olacaq.