“İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir”.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.
Səfirlik qeyd edeib ki, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib və Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyi müzakirə aparıblar.
“Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir”, bəyanatda deyilir.