Ermənistan və Norveç xarici işlər nazirləri arasında müzakirələrin əsasında regional və beynəlxalq hadisələr olub. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Hütfeldtlə keçirdiyi mətbuat konfransında bildirib.
“Mən həmkarıma Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə işin təfərrüatlarını, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyimizi təqdim etdim.
Biz Azərbaycanın ER-nin suveren ərazisinə son təcavüzündən sonra yaranmış vəziyyəti müzakirə etdik. Biz Norveçin Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, eləcə də Azərbaycan silahlı qüvvələri tərəfindən erməni hərbi əsirlərin məhkəməsiz şəkildə öldürülməsi məsələsinə dair ünvanlı mövqeyini yüksək qiymətləndiririk.
Bu kontekstdə biz tam ümid edirik ki, Norveç demokratiya və insan haqlarının müdafiəsində qabaqcıl ölkə kimi qəbul etdiyi mövqeyə sadiq qalmağa davam edəcək”, - deyə Mirzoyan bildirib.
Azərbaycan tərəfindən yeni təcavüzlərin qarşısının alınması kontekstində Mirzoyan sərhəddəki vəziyyətin monitorinqi və nəzarəti üçün beynəlxalq mexanizmlərin tətbiqini və bu məsələdə beynəlxalq tərəfdaşların, o cümlədən Norveçin dəstəyini vurğulayıb.
“Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasının, Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin vətənə qaytarılması və atəşkəs rejiminin qeyd-şərtsiz saxlanmasının vacibliyini yenidən təsdiqləyərək, bir daha problemlərin güc tətbiqi və ya güc təhdidi yolu ilə həllinin yolverilməzliyini vurğulamışam”, - deyə Mirzoyan bildirib.