ER Baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Praysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nikol Paşinyan qeyd edib ki, ER vətəndaşları birmənalı olaraq demokratiya yolunu seçiblər və ER hökuməti demokratik islahatların zəngin gündəmini qərarlı şəklidə davam etdirəcək.
Baş nazirin sözlərinə görə, son vaxtlar intensiv şəkildə həyata keçirilən Ermənistan-Amerika təmasları və yüksək səviyyəli qarşılıqlı səfərlər strateji dialoqun davamlı inkişafına mühüm töhfə verir.
Nikol Paşinyan Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünə toxunaraq, ABŞ və ümumilikdə beynəlxalq ictimaiyyətin adekvat və layiqli cavabının vacibliyini vurğulayıb.
Baş nazir eyni zamanda, Dağlıq Qarabağda soydaşlarımızın təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb.
Nikol Paşinyan ABŞ-ın Erməni Soyqırımını tanımasını da yüksək qiymətləndirib.
Devid Prays səmimi qəbula görə təşəkkür edib və Ermənistanda demokratik təsisatların inkişafı istiqamətində ardıcıl addımları alqışlayıb. O, həmçinin müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün Ermənistan-Amerika sıx əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünü yolverilməz hesab edib və Azərbaycan birləşmələrinin dərhal öz mövqelərinə qayıtmasının vacibliyini qeyd edib.
Devid Prays Azərbaycan silahlı qüvvələrinin nümayəndələrinin erməni hərbçilərə qarşı qeyri-insani rəftarını və hərəkətlərini pisləyib. Eyni zamanda o, Azərbaycanda hələ də saxlanılan hərbi əsirlərin geri qaytarılmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Baş nazir ABŞ-ın bununla bağlı səylərini yüksək qiymətləndirib. Həmsöhbətlər Dağlıq Qarabağ problemi, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.