İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimləri qonşu ölkələr üçün aydın mesajdır. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Twitter mikrobloqunda yazdı.
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimləri qonşu ölkələr üçün sülh, dostluq və sabit sərhəd təhlükəsizliyinin aydın mesajıdır, düşmənlər üçün isə regiondankənar ölkələr və rejimlər tərəfindən istənilən təhdid və müdaxilələrə qəti cavabdır”,- deyə səfir yazdı.