İran İslam Parlamentinin “İnqilabi Qüvvələr” fraksiyasının üzvü Seyid Məhəmməd Rza Mirtac el-Dini deyib ki, İran və qonşu ölkələrin beynəlxalq sərhədləri dəyişdirilə bilməz.
O, Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarına və bu problemin həllində Tehranın roluna toxunaraq bəyan edib ki, İran hər iki ölkə ilə qonşudur və onlarla dini və mədəni ortaqlıqları çoxdur.
"İranın iki ölkə ilə əlaqələri yaranan fikir ayrılıqlarının və problemlərin həllinə kömək edə bilər və Tehran bu istiqamətdə təsirli addımlar ata bilər",-deyə o qeyd etdi.
O əlavə etdi ki, beynəlxalq sərhədlər dəyişdirilməməlidir. “Bu sərhədlər tarixidir və bir neçə əsrdir ki, daimi olub. İran heç bir sərhəd dəyişikliyini qəbul etməyəcək”.