Bilirəm ki, Ermənistan üçün, bu region üçün çətin dövrdə gəlmişik, xüsusən də faciəli hadisələrin baş verdiyini başa düşürük, lakin sizə xatırlatmaq istərdim ki, ABŞ xüsusilə də əsirlərin qaytarılması istiqamətində ikipalatalı səylər göstərir. Biz Ermənistanın suveren ərazisində baş vermiş işğalın əleyhinəyik və Azərbaycanın başlanğıc mövqelərinə qayıtmasını tələb edirik.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyanla birgə mətbuat konfransı zamanı bildirib.
“Biz münaqişəni, ABŞ-ın mümkün rolunu müzakirə edirik”, - deyə Prays bildirib.
Ermənistanın demokratik ölkə kimi öhdəliyinə gəlincə, Prays qeyd edib ki, onlar Demokratik Tərəfdaşlıq Komitəsi olaraq qeyd ediblər ki, azad seçkilərin demokratiyanın təməl daşıdır, lakin daha önəmlisi seçkidən seçkiyə nələrin baş verdiyidir.
"ER Parlamentinin antikorrupsiya islahatları və demokratiyanın gücləndirilməsi istiqamətində gördüyü işlər çox yüksək qiymətləndirilir və biz fəxr edirik ki, Konqresin burada da nailiyyəti var", - deyə Demokratik Tərəfdaşlıq Komitəsinin sədri bildirib.