Səfərimin məqsədi, ilk növbədə, Norveçin erməni xalqını dəstəkləməyə hazır olduğunu bildirməkdir. Bu barədə Norveçin xarici işlər naziri Anniken Hütfeldt bugünkü mətbuat konfransında bildirib.
"Biz ER XİN rəhbəri ilə geniş müzakirələr apardıq, mən Norveçin Ermənistanın suverenliyinin bərqərar olmasına və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün qorunub saxlanmasına dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədim",- deyə Hütfeldt bildirib.
O qeyd edib ki, görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə hazırlıq işlərinə, eləcə də Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması məsələlərinə də toxunulub.