Hindistana işgüzar səfəri çərçivəsində ER müdafiə naziri Suren Papikyan Hindistanın müdafiə naziri Şri Racnat Sinkh ilə görüşüb.
Həmsöhbətlər əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər, əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb, ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələləri müzakirə edilib.
ER müdafiə naziri Azərbaycanın son təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib və Hindistanın beynəlxalq platformalarda aydın mövqeyinə görə təşəkkür edib.
Görüşün sonunda Suren Papikyan həmkarını Ermənistana rəsmi səfərə dəvət edib.