Oktyabrın 17-də ER-nin müdafiə naziri Suren Papikyan Aİ-nin texniki qiymətləndirmə missiyasının üzvlərini qəbul edib.
Müdafiə naziri missiyanın Ermənistana səfərini alqışlayıb, missiya ilə əməkdaşlıq etməyə və missiyanı dəstəkləməyə hazır olduğunu bildirib.
Görüş zamanı missiyanın əsas məqsədləri və porblemləri müdafiə nazirinə təqdim edilib. Həmsöhbətlər missiyanın fəaliyyətinin texniki və təşkilati məsələlərini müzakirə ediblər.