Norveçin xarici işlər naziri Aniken Huitfeld Gürcüstan və Ermənistana səfər edəcək. Səfər oktyabrın 19-dək davam edəcək.
Ermənistanda xarici işlər naziri Huitfeld Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Parlamentininsədri Alen Simonyanla görüşəcək.
“Norveç xarici işlər naziri Ermənistana ölkə üçün çətin vaxtda səfər edir. Regionda gərginlik Ermənistanla Azərbaycan arasında münaqişə səbəbindən yüksək səviyyədədir”, - bəyanatda deyilir.
Danışıqlarda Huitfeld diqqəti Norveçin Ermənistanla həmrəyliyinə yönəldəcək.