Oktybarın 17-də ER Xİ naziri Ararat Mirzoyan Aİ-nin texniki qiymətləndirmə missiyasının üzvlərini qəbul edib.
Görüş zamanı missiya üzvləri indiyədək Ermənistanda baş vermiş görüşlərin və səfərlərin nəticələrini təqdim ediblər.
Tərəflər oktyabrın 6-da Praqa bəyanatına uyğun olaraq Aİ-nin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdiriləcəck monitorinq missiyasının səlahiyyətlərini, yerlərini və digər təfərrüatları mmüzakirə ediblər.
Aİ monitorinq missiyasının məqsədi bölgədə təhlükəsizliyin və sabitliyin bərpasına, etimadın yaradılmasına, sərhəd təhlükəsizliyi və delimitasiya üzrə komissiyaların işlərinə töhfə vermək olacaq.
Aİ monitorinq missiyasının yerləşdirilməsinin vacibliyi vurğulanıb. Nazir Mirzoyan fikir bildirib ki, missiyanın müşahidələri və təhlilləri vəziyyətlə bağlı Aİ-yə üzv dövlətlərə obyektiv məlumatların çatdırılmasında vacib rol oynayacaq.