2022-ci ilin sentyabrında iki ölkə arasında gedən döyüşlər zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən erməni hərbi əsirlərin öldürülməsi hərbi cinayətdir və buna görə məsuliyyət daşımalıdırlar.
Bu barədə Human Rights Watch beynəlxalq insan haqları təşkilatı bəyanat yayıb
Təşkilat oktyabrın əvvəlində sosial şəbəkələrdə dərc olunmuş və ən azı yeddi erməni hərbi əsirin Azərbaycan qüvvələri tərəfindən edam edilməsini əks etdirən videonu təhlil edib.
Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti öz prokurorluğunun başlatdığı istintaqın effektli olmasını, günahkar əsgər və komandirlərin məsuliyyətə cəlb olunmasını təmin etməlidir.
Qeyd olunur ki, üçüncü Cenevrə Konvensiyasına görə, hərbi əsirləri qəsdən öldürmək, onlarla pis rəftar etmək, onlara işgəncə vermək, qəsdən ağır iztirablara və ya bədənə və ya sağlamlığa ağır xəsarət yetirmək hərbi cinayətdir.