Oktyabrın 13-də Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan Fransa parlamentinin sədri Yael-Braun Pive ilə görüşüb. Səfir səmimi qəbula, Ermənistanı dəstəklədiyinə və Ermənistan-Fransa dostluğunun möhkəmlənməsinə yönəlmiş səylərə görə öz təşəkkürünü bildirib.
Görüş zamanı səfir Tolmacyan həm Azərbaycanın 2020-ci ildə Artsaxa qarşı başlatdığı müharibəyə, həm də bu ilin sentyabrında Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünə və Azərbaycan tərəfinin törətdiyi hərbi cinayətlərə hərtərəfli toxunub.
Aqressor dövlətin təcavüzünün dayandırılması və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün vahid beynəlxalq reaksiyanın vacibliyi vurğulanıb.