Praqada keçirilən görüşdə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi məsələsi ilə bağlı xüsusi nümayəndələrin Türkiyədə və ya Ermənistanda görüşməsi ilə bağlı razılıq əldə olunmayıb.
ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xüsusi nümayəndələrin görüşlərinin bundan sonra üçüncü ölkələrdə keçirilməyəcəyi barədə bəyanatına istinadla bildirib.
Hunanyan müxtəlif təkliflər irəli sürüldüyünü, o cümlədən diplomatik pasport sahibləri üçün sərhədin açılması barədə təklif oluğunu deyib.
Qeyd olunub ki, bu təkliflərin müzakirəsi barədə razılıq əldə olunub.