Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Emanuel Makronun bəyanatına münasibət bildirdi. Qeyd olunub ki, bu bəyanatlar qəbuledilməzdir.
“Biz Emmanuel Makronun Rusiyanın guya Cənubi Qafqazda sabitliyi pozmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etdiyi barədə açıqlamalarını qəbuledilməz hesab edirik. Bu cür hücumlar Qərbin Rusiyanı iblisləşdirməyə yönəlmiş antiRusiya xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa Prezidentinin fikirləri Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən xəbər verir və onun ölkəsinin konstruktiv rol oynamaq qabiliyyətini şübhə altına alır”, - XİN bəyanatında qeyd olunub.
Rusiya XİN xatırlatdı ki, Rusiya münaqişənin nizamlanmasını faktiki baxımdan, xüsusən 2020-ci ilin noyabrın 9-da üçtərəgli bəyanatına imzalanmasında dəstəklədi. Xin nümayəndəsi qeyd etdi ki, regionda təhlükəsizliyin təminatçısı Rusiya sülhməramlılarıdır.
Parisin Moskvanı Yerevan və Bakı ilə münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və bu, yalnız Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.