NATO hərbi hava qüvvələri nüvə çəkindirməsi və müharibənin qarşısının alınması ilə bağlı təlimlərə başlayır. Bu barədə NATO-nun saytında məlumat verilib.
Bildirilib ki, Avropanın şimal-qərbində keçiriləcək təlimlər oktyabrın 17-dən oktyabrın 30-dək davam edəcək.
Qeyd olunub ki, “Sabit Gün” adlanan bu təlimə 14 ölkə və 60-a qədər müxtəlif tipli təyyarələr, o cümlədən dördüncü və beşinci nəsil döyüş təyyarələri, müşahidə və tanker təyyarələri cəlb olunub. Əvvəlki illərdə olduğu kimi, ABŞ-ın B-52 uzaqmənzilli bombardmançı təyyarələri də iştirak edəcək. Bu il bu təyyarələr Şimali Dakota ştatındakı Minot aviabazasından uçacaqlar.
Təlim uçuşları təlimlərə ev sahibliyi edən Belçika üzərində, həmçinin Şimal dənizi və Böyük Britaniya üzərində həyata keçiriləcək.
NATO-nun mətbuat xidməti vurğulayıb ki, bu təlim yeni deyil və müxtəlif vaxtlarda keçirilib. "Bu, hazırda dünyada baş verən hadisələrlə əlaqəli deyil".