Bizim Ermənistanla yaxın zamanda bir saziş imzalamağımız planlaşdırılmır, sadəcə münasibətlərin hansı səmtdə normallaşması müzakirə edilir.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Ərdoğan və Paşinyan Praqa görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndələrin görüşlərinin artıq Türkiyə və Ermənistan ərazisində keçirilməsinə dair razılığa gəlib.