Oktyabrın 14-də Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu barədə ER XİN məlumat yayıb.
Görüşdə Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Ararat Mirzoyan Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasının, bütün erməni hərbi əsirlərin dərhal azad edilməsinin və atəşkəs rejiminin qeyd-şərtsiz saxlanmasının vacibliyini vurğulayıb.
Yeni təcavüzlərin qarşısının alınması məqsədilə sərhəddə vəziyyətin monitorinqi və nəzarəti üzrə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi xüsusi vurğulanıb.