Oktyabrın 14-də Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə ER Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin və SQ-nin Baş Qərargahının rəhbər heyətinin, ordu birləşmələrinin komandanlığının iştirak etdiyi məsləhətləşmə keçirilib.
Məsləhətləşmə zamanı silahlı qüvvələrdə görülən işlər, xüsusilə qış mərhələsinə hazırlıq tədbirləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Qaldırılan məsələlərlə bağlı müdafiə naziri müvafiq tapşırıq və göstərişlər verib.