AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Azərbaycan silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlərlə bağlı məlumatlardan narahatlıqlarını bildiriblər.
“Biz Azərbaycan silahlı qüvvələrini törətdiyi hərbi cinayətlərdən və qeyri-insani rəftarlarla bağlı çoxsaylı bəyanatlardan narahatıq”,- deyə həmməruzaçilər Kimmo Kilyune və Boriana ABerg qeyd etdilər.
Onlar vurğuladılar ki, Azərbaycan hərbçiləri Ermənistanın ərazi suverenliyini və Avropa Şurasının Nizamnaməsində nəzərdə tutulmuş münaqişələri sülh yolu ilə həll etmək öhdəliyini pozaraq Ermənistan ərazisini işğal edib.
“Biz Azərbaycan hakimiyyətini Ermənistan ərazisindən dərhal geri çəkilməyə və nəzarətində olan hərbi əsirləri azad etməyə çağırırıq”, - deyə onlar qeyd etdilər.