Aİ müşahidəçilərinin qabaqcılqrupu Yerevana gəlib. Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.
"Bu gün Aİ müşahidəçilərinin qabaqcılqrupu Yerevana gəlib. 27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə Toivo Klaar yazdı.