Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının (Aİ) yenilənməsinə aparır.
Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell
deyib.
“Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Avropa İttifaqını dəyişir. Bu müharibə başqa bir Avropa İttifaqı yaradacaq”, – Borrel vurğulayıb.