MDB ölkələrinin liderləri oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitdə 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı təsdiq etməyi planlaşdırır.
Təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurası sammitdə bununla bağlı qərarı təsdiqləyəcək.
Qərarda həmçinin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi nəzərdə tutulur.
Bundan başqa MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.