Ermənistan Parlamentiin deputatı Vladimir Vardanyan AŞPA-nın payız sessiyasında öz çıxışında qeyd etdi ki, Ermənistan və Azərbaycan bu təşkilata üzv olanda siyasi problemlərin həllində güc tətbiq etməkdən, güc tətbiq etmək hədəsindən çəkinməyi öhdəsi üzərinə götürüblər.
“Ancaq 2020-ci güc tətbiq olunub və heç kim cavab vermədi. Bu günün gələcəyini bilirdik.
Cənab Səməd Seyidov Azərbaycanda erməni qüvvələrinin olmasından danışanda demək istəyirəm ki, bu, tamamilə yalandır. Dağlıq Qarabağ xalqının öz ekzistensial varlığını qorumaq hüququ var. Nə baş verdiyinə baxın. parçalamaq, alçaltmaq, qəsdən öldürmək. Bizim özünümüdafiə hüququmuz var”,- deyə o qeyd etdi.