“Biz 3 aylıq hərbi toplanışlardan imtina edirik”. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətin iclasında deyib.
O bildirib ki, bunun əvəzində bütün hərbi mükəlləfiyyətli şəxslər üçün 25 günlük hərbi toplanış keçirəcəklər.
Nazirin sözlərinə görə, toplanış zamanı 21 gün real hərbi xidmət, qalan 4 gün isə təşkilati işlərə sərf olunacaq.
O, vətəndaşların 1 həftə hazırlıq keçəcəyini, qalan 2 həftəni isə döyüş növbəsi çəkəcəyini əlavə edib: “Yaxın zamanlarda bu barədə daha ətraflı məlumat verəcəyik. Biz vətəndaşlara xidmət vaxtını seçmək imkanı da verəcəyik”.