ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu erməni hərbi əsirlərə qarşı zorakılıqla bağlı yeni xəbərlərdən narahatlığını bildirib.
“Biz 12-14 sentyabrda baş verən döyüş əməliyyatları zamanı hərbi əsirlərə qarşı zorakılıq halları ilə bağlı yeni məlumatlardan dərin narahatıq. Günahkarlar tam və obyektiv araşdırma nəticəsində məsuliyyətə cəlb edilməlidir. Oktyabrın 4-də Bakı tərəfindən 17 erməni hərbi əsirinin qaytarılması mühüm və müsbət addım idi”, - Büronun rəsmi Twitter mikrobloqunda qeyd olunub.