Astanada ER xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü başlayıb.
Bu barədə ER XİN mətbuat katibi öz “Facebook” səhifəsində bildirir.
Xatırladaq ki, Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14-də Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.