ER Parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komitəsinin sədri Gevorg Papoyan öz “Facebook” səhifəsində Ermənistan-İran dostluq qrupunun Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə görüşü barədə məlumat verib.
“İranın xarici işlər naziri Ermənistanın sərhədlərinin toxunulmazlığı ilə bağlı dost dövlətimizin mövqeyini bir daha təsdiqləyib. İkitərəfli gündəliyin bir çox məsələləri müzakirə edilib”, - deyə Papoyan yazıb.