Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyana məlumat yayıb.
Hunanyan Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-14-də Astanada səfərdə olacağını bildirib.
“Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - o əlavə edib.
Onun sözlərinə görə, görüş Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14-də baş tutacaq.