ER Ombudsmanı Kristinne Qriqoryan erməni hərbi əsirlərin Azərbaycan hərbçiləri tərəfindən öldürülməsinə dair yeni video ilə bağlı bəyanat yayıb.
“Dünən, oktyabrın 11-də Azərbaycan sosial şəbəkəsində yayılan videoda silahsız erməni hərbi əsirlərə qarşı növbəti işgəncə halı əks olunaraq həmin hərbi əsirlərin öldürülməsi faktı əsaslandırılıb.
Bu dəfə Azərbaycan hərbçiləri özünün müharibə cinayət faktını lentə alırlar. Müdafiəçi institutu həmin yeri müəyyənləşdirib, təsdiq edirik ki, videodakı hadisələr sentyabrın 13-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə hücumu zamanı baş verib. Videoda təsvir olunan erməni hərbi əsirlərin kimliyi müəyyən edilib. Bu faktlar digər sübutlarla yanaşı, cari il oktyabrın 4-də vətənə qaytarılmış erməni hərbi əsirlərin ifadələri ilə də təsdiqlənir.
Qeyd olunan faktlar ətraflı şəkildə sənədləşdirilib və beynəlxalq ixtisaslaşmış təşkilatlara və subyektlərə göndəriləcək.
Müdafiəçi qeyd edir ki, Azərbaycan hərbçiləri tərəfindən törədilən ağır cinayətlər hələ də cavabsız qalır, cəzasızlıq onları yeni və daha ağır cinayətlər törətməyə sövq edir. Bu hərəkətlər səlahiyyətli beynəlxalq aktorlar tərəfindən açıq şəkildə pislənməlidir.
Beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətindən daha ardıcıl surətdə lazımi araşdırma aparmağı, cinayətkarları və təşkilatçıları medallarla təltif etmək əvəzinə cəzalandırmağı tələb etməlidir”, - deyə Müdafiəçinin bəyanatında deyilir.