ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edib. Eyni zamanda o qeyd edib ki, o görüşün mənasını hələ də görmür, çünki Rusiya rəhbəri sərt mövqe tutur.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı məhbusların (ilk növbədə Britni Qreyner və Pol Uilan) mübadiləsi ilə bağlı Vaşinqtonun təklif və şərtlərini qəbul etməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bəyan edib ki, Rusiya ABŞ-la əsirlərin mübadiləsi məsələsində konkret addımlar atmağa hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dövlət katibi Blinkeni “sakit diplomatiyaya” qayıtmağa və spekulyasiyalardan çəkinməyə çağırıb.