Fransanın xarici işlər naziri Ketrin Kolonna “France Inter” telekanalının efirində Azərbaycanın Ermənistana təcavüzü ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib ki, Fransa Ermənistan barədə susmur.
“Ermənistana hücum ediləndə ilk axşamdan bəri Fransa Respublikasının Prezidenti iki ölkənin liderləri ilə telefon danışığı aparıb. Həmkarlarımla da danışdım. Bununla bağlı təhlükəsizlik şurasının iki iclasını keçirdik. Biz Ermənistanı dəstəkləyirik”, - deyə Fransanın baş diplomatı bildirib.