Ermənistan Parlamentinin Ermənistan-İran əməkdaşlıq qrupunun rəhbəri Gevorg Papoyanın rəhbərlik etdiyi nümayəndə heyəti İranda Meclisin sədrinin müavini Abdolreza Mesri ilə görüşüb.
İran rəsmisi iki xalq arasında çoxəsrlik əlaqələrə toxunaraq, dostluq və isti ikitərəfli əlaqələrin bundan sonra da davam edəcəyini vurğulayıb.
İran Məclisinin sədr müavini xüsusilə iqtisadi sahədə bir-birini tamamlayan imkanlardan yararlanmağın vacibliyini vurğulayıb. Mesri vurğuladı ki, İran Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyir.