Azərbaycanla danışıqlar davam edir və Praqa görüşündən sonra verilən açıqlamadan sonra bununla bağlı heç bir inkişaf yoxdur. Keçmişdə olduğu kimi, biz hər hansı yeni inkişaflar barədə ictimaiyyəti lazımi qaydada məlumatlandıracağıq. Bu barədə “Lurer”ə XİN-in mətbuat katibi Vahan Hunanyan məlumat verib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin “TVnet” telekanalına müsahibəsində bəyan etmişdi ki, guya Ermənistan və Azərbaycan Azərbaycanın təklif etdiyi beş prinsip üzrə razılığa gəliblər. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, sülh razılaşması olmadığı təqdirdə “təxribatlar davam edəcək”.
Çavuşoğlu bir daha bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinə Ermənistan-Azərbaycan danışıqlar prosesindən ayrı baxmaq mümkün deyil.
“Biz Azərbaycanla hər zaman təmasdayıq və ayrı-ayrılıqda hərəkət edə bilmərik”, - deyə Çavuşoğlu qeyd edib.