Ukraynanın Energetika Nazirliyindən bildirilib ki, ölkə elektrik enerjisi ixracını dayandırıb.
“Rusiyanın elektrik yarımstansiyalarını zədələyən raket hücumları Kiyevi öz enerji sistemini stabilləşdirmək üçün oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur edir”, - deyə struktur izah edib.
Ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti Ukraynanın 300-dən çox yaşayış məntəqəsinin işıqsız qaldığını bildirib.
O da qeyd edilir ki, dünənki partlayışlar nəticəsində yaranan 30 yanğın söndürülüb.