YUNESKO-nun İcraiyyə Şurasının oktyabrın 10-da keçirilən plenar iclasında Ermənistanın daimi nümayəndəsi, səfir Kristian Ter-Stepanyan çıxış edib.
Ermənistan Respublikasının daimi nümayəndəsi çıxışında sentyabrın 13-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Bu kontekstdə Kristian Ter-Stepanyan dinləyicilərin diqqətini Azərbaycan cəmiyyətində kök salmış ermənifobiyanın son dərəcə yüksək səviyyədə olduğunu göstərən insan hüquqlarının və beynəlxalq humanitar hüququn ən ciddi pozuntularına yönəldib.
Müstəqil texniki missiyanın Dağlıq Qarabağa və qonşu ərazilərə göndərilməsi təşəbbüsünə toxunan ER-nin daimi nümayəndəsi Azərbaycanın missiyanın fəaliyyətinə davamlı olaraq mane olmasından təəssüfləndiyini bildirib.
Kristian Ter-Stepanyan ümid edib ki, baş direktor bundan sonra da Dağlıq Qarabağa və qonşu rayonlara missiya göndərmək üçün səylər göstərəcək.