Oktyabrın 10-da Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın prezident aparatının müşaviri İzabel Dyumonu qəbul edib. Görüşdə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyo da iştirak edib.
Suren Papikyan Ermənistanın suveren ərazisinə qarşı Azərbaycanın genişmiqyaslı təcavüzünü qətiyyətlə pislədiyinə, düzgün və məqsədyönlü qiymətlər verdiyinə, eləcə də regionda sülhün bərqərar olması səylərini dəstəklədiyinə görə Fransa hökumətinə təşəkkür edib.
Müdafiə naziri Azərbaycanın təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Xanım Dyumon Fransa tərəfinin mövqeyini bir daha təsdiqlədi və qeyd etdi ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazisindən çıxarılmalı və mövcud problemlər müstəsna olaraq sülh yolu ilə həll edilməlidir.
Görüş zamanı həmçinin müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı məsələlər, xüsusilə Ermənistanın müdafiə nazirinin sentyabrın 27-də Fransaya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.