Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Ərdoğan Astanada oktyabrın 12-14-də keçiriləcək Asiyada əməkdaşlıq və etimad tədbirləri üzrə məsləhətləşmələr çərçivəsində görüşəcəklər.
"Bu, Türkiyənin Ukrayna məsələsi üzrə danışıqların təşkili ilə bağlı təşəbbüsünü müzakirə etmək üçün fürsətdir", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Diplomat nüvə silahının mümkün istifadəsi ilə bağlı məlumatlara da toxunub. Ümid edirəm ki, nüvə müharibəsi, Rusiya Federasiyası tərəfindən kütləvi qırğın silahlarından istifadə etməklə təxribatların təşkili mövzusunda daim spekulyasiya edənlər öz məsuliyyətlərini dərk edirlər”.
Lavrov xatırladıb ki, Rusiyanın Nüvə Doktrinasına görə, Moskva yalnız ölkənin məhv edilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş cavab tədbirləri tətbiq edə bilər.