Fransa Rusiya ilə dialoqun qorunub saxlanılmasını vacib sayır və onun izolyasiya olunmasına qarşıdır.
Bunu Fransanın xarici işlər naziri Katrin Kolonna “France İnter” radiosuna müsahibəsi zamanı deyib.
“Rəsmi Paris Kreml ilə danışıqların aparılmasını vacib hesab edir. Əlaqələrin qorunub saxlanılması Zaporojye AES-ə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nümayəndə heyətinin göndərilməsinə şərait yaratdı və dialoq nəticələr əldə olunmasına kömək edir. Vaxt gələcək ki, münaqişə bitəcək. Ola bilər ki, uzun zaman çəksin. Rusiya isə hər zaman bizim qonşumuz olaraq qalacaq”, - deyə XİN rəhbəri Rusiya ilə münasibətləri dəyərləndirib.