Oktyabrın 10-da ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən iki ölkənin xarici işlər nazirləri və liderləri arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini bildirib.
Blinken oktyabrın 4-də Azərbaycanın 17 hərbi əsirinin azad edilməsini alqışlayıb və prezident Əliyevi sülh prosesini dəstəkləmək üçün vaxtında addımlar atmağa davam etməyə çağırıb.
Blinken, həmçinin sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, hərbi əsirlərin qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.
O, Dağlıq Qarabağ əhalisinin hüquq və təminatların müzakirəsinin vacibliyini və hər iki tərəfin atəşkəs rejimini saxlamasının və davamlı sülhə aparan yeganə yol kimi danışıqlar yolu ilə əldə edilmiş razılaşmalara diqqət yetirməsinin vacibliyini vurğulayıb.